Su polisi balıqların antisanitariya şəraitində hisə verildiyi məkan aşkarlayıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi reyd nəticəsində antisanitariya şəraitində balıqları hisə verən şəxs yaxalanıb. İdarədən Avtosfer.az-a bildirilib ki, Pirallahı qəsəbəsində aşkarlanan bu yerdə ciddi nöqsanlara rast gəlinib və real vəziyyət videolentə alınıb. Məmmədov Ramiz Süleyman oğlundan antisanitariya şəraitində hisə verilmiş 28 ədəd siyənəy balığı götürülüb. Ramiz Məmmədov Qida Təhlükəsizliyi Agentliyindən heç bir rəsmi sənədi olmadığını bildirib. Su polisləri bu cür antisanitariya şəraitində hisə verilmiş balıqların insan sağlamlığı və həyatı üçün təhlükəli olduğunu saxlanılan şəxsin nəzərinə çatdırıblar.
İdarədən həmçinin bildirilib ki, antisanitariya şəraitində hisə verilmiş balıqlar insan sağlamlığı üçün çox təhlükəlidir. Məhz bu səbəbdən İdarə kafe, restoran və bazarlarda bu yolla hisə verilən balıqları almamaqla bağlı xəbərdarlıq edir.
Fidan
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










