Su qurğularını oğurlayan şəxslər saxlanılıblar - Sabirabadda

Sabirabad rayonunda su qurğularını oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a bildirilib. Belə ki, fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edərək ona məxsus 1 ədəd su qurğusunun oğurlanması barədə məlumat verib. Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. Belə ki, onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus ümümilikdə 2 ədəd su qurğusu və 20 metr uzunluğunda mis naqili oğurladıqları müəyyən edilib. Oğurladıqları su qurğularının bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.
Namiq
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










