Süd Yolu qalaktikasının çəkisi müəyyən olunub

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) Süd Yolu qalaktikasının çəkisini öyrəniblər.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, astronomlar Hubble və Gaia teleskoplarının məlumatlarını təhlil edib və müxtəlif riyazi metodlardan istifadə edərək dəqiqləşdiriblər ki, Günəş sisteminin yerləşdiyi Süd Yolu qalaktikasındakı göy cisimlərinin ümumi çəkisi Günəşə bərabər olan 1,5 trilyon ulduzun ağırlığı qədərdir. Qalaktikanın uzunluğu isə 256 min işıq ilidir.
NASA-nın məlumatına görə, ulduz kəhkəşanının 34-ü Gaia, 12-si isə Hubble tərəfindən müşahidə edilib. Kosmik Tədqiqatlar üzrə Baltimor İnstitutunun astronomu Roland van der Marel bildirib ki, institutun kosmik teleskopu vasitəsilə aparılan müşahidə göstərib ki, bu nəticə yalnız Hubble və Gaia kimi nəhəng teleskopların vasitəsilə əldə edilə bilərdi.
Astronomlar qeyd ediblər ki, qalaktikanın çəkisi nə qədər ağır olarsa, onun ulduz yığını da ağırlığın təsiri altında o qədər sürətlə hərəkət edir. Əvvəllər aparılmış tədqiqatlarda ulduz toplusunun Yerdən uzaqlaşma sürəti müəyyən edilmişdi. İndi isə bu sürətə uyğun olaraq qalaktikanın çəkisini dəqiqləşdirmək mümkün olub.
Martın əvvəlində məlum olub ki, Niderlandın Leyden Universitetinin alimləri Süd Yolunda milyardlarla şarşəkilli planetlərin olduğunu iddia ediblər. Onlar qravitasiya üzrə heç bir ulduza bağlı deyillər. Bu planetlər kosmik fəzada sərbəst hərəkət edir və hər hansı bir vaxt istənilən planetlə, o cümlədən Yerlə toqquşa bilərlər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












