Sumqayıt şossesi - “20 Yanvar”da tıxac olmayacaq - ŞAD XƏBƏR

Tıxacdan bezən paytaxt sakinlərini yeni ildə sürprizlər gözləyir. Bakının Baş Planına uyğun olaraq 2026-cı ildə yol-nəqliyyat infrastrukturunda bir sıra layihələrin icrasına başlanacaq.
Bu haqda nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. R.Ağamirzəyev Baş planda olan 2027-ci ilədək icrası gözlənilən layihələr barədə danışıb: - Qarşıdakı illərdə metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyatında aparıcı rolunu qoruyaraq, aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz arasında yenə də əsas əlaqəni təmin edəcək. “28 May” stansiyası metro şəbəkəsinin mühüm mərkəzi qovşağı olaraq qalacaq. 2027-ci ilədək “28 May” – “Cəfər Cabbarlı” keçid stansiyasında qırmızı və yaşıl xətlərin bir-birindən ayrılması, həmçinin yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. Küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı vacib məsələ olduğundan bu istiqamətdə də mühüm işlərin icrasına başlanacaq. Hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi prinsiplə formalaşıb. Gələcəkdə bu marşrutların inkişaf etdirilərək diaqonal nəqliyyat əlaqələri ilə tamamlanması məqsədilə yeni nəqliyyat planlaşdırma sxemi hazırlanıb. 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın şimal giriş-çıxış problemi köklü şəkildə həll ediləcək. Xarici həlqəvi marşrutların tamamlanması məqsədilə: “Xarici Dairəvi Yol – Böyükşor – Ziya Bünyadov” həlqəvi marşrutu, “Lökbatan – Xocəsən – Binəqədi – Böyükşor – Sabunçu” Xarici Həlqəvi Yolu yaradılacaq. “Zığ–Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin birləşdirilməsi üçün “Xırdalan – M1 avtomobil yolu – Digah – Zabrat – Hava Limanı” həlqəvi magistralının inşası planlaşdırılır. Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə “Mehdiabad – Dərnəgül – Ziya Bünyadov prospekti – Keşlə – Babək prospekti – Ağ şəhər – 8 Noyabr prospekti” istiqamətində yeni diaqonal marşrut yaradılacaq. “Bakı–Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində sıxlığın azaldılması üçün paytaxtın strateji ikinci şimal-qərb giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Xarici həlqəvi yolun tam formalaşdırılması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ–Hövsan” şosesini, Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni yollar inşa ediləcək. Bununla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin davamlı inkişafı üçün əlavə kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.\Sherg.az
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










