Sumqayıtda avtobuslar üçün xüsusi zolaqlar yaradılır - FOTO

Sumqayıtda avtobuslar üçün xüsusi zolaqlar yaradılır. Avtosfer.az xəbər verir ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, şəhərin əsas girişindən - Sülh prospektindən avtobuslar üçün xüsusi zolaqların təşkilinə başlanılıb. O deyib ki, müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün xüsusi zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək. T.Saydumov qeyd edib ki, tıxacların qarşının alınması məqsədi ilə sağ və sol yollarda birinci hissə avtobuslar üçün ayrılıb: “Hələlik Sülh prospektində salınan bu zolaqlar gələcəkdə bütün şəhər yollarında salına bilər. Məqsəd sərnişinlərin və avtobusların hərəkətlərinin rahatlığını təmin etməkdir. Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək”.
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ












