Sumqayıtda idmançını bıçaqlayan şəxslərin cinayət işi prokurorluğa qaytarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi vəsatət qaldırıb.
O, təqsirləndirilən şəxslərin əməlində daha ağır cinayətin olduğunu deyərək işin prokurorluğa qaytarılmasını istəyib.
Vəsatət təmin edilib, cinayət işinin məhkəmədə baxılmasına xitam verilib və prokuroluğa qaytarılıb.
Qeyd edək ki, hadisə 2017-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin dörd gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul - Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Xatırladaq ki, R.Həbibov idmançı olub.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












