Sumqayıtda qonşusunun ölümünə görə həbs edilən şəxslər azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qonşusunu döyərək öldürməkdə təqsirləndirilən Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Y.Bayramov 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə isə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ötən il avqustun 20-də Sumqayıt şəhər ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.
Onlar Sumqayıt şəhər Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Bu şəxslərdən yalnız Y.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin hazırlıq iclasında digər şəxslər də həbs edilmişdi.
Y.Bayramov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma), digər təqsirləndirilən şəxslər isə 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO
Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq – CAR-lı turist - FOTO
Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir - Ekspert RƏYİ
Yerli qonaqlar belə forumun təşkilatçılığına heyran qalıb – Mərcanə Rəsulova - FOTO
Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO
Bakıda keçirilən forum gələcək əməkdaşlıqlar üçün imkanlar yaradır – Barbara Holtman - FOTO










