Sumqayıtda sevgilisini bıçaqlayan şəxs azadlığa buraxılıb

Sumqayıt Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Turan Əzizlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, T.Əzizlinin şikayəti təmin edilib, ona şərti cəza verilib. T.Əzizli azadlığa buraxılıb.
İttiham aktına əsasən, hadisə 2017-ci ilin sentyabr ayının 5-də Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən 17A saylı binanın qarşısında baş verib. T.Əzizli həmin ərazidə əvvəllər qeyri-rəsmi nigahda yaşamış S.Əhlimanova ilə mübahisə edib. Qadın onun valideynlərinin ünvanına nalayiq söyüşlər söyüb. Bu zaman T.Əzizli gəzdirdiyi bıçaqla 3 dəfə S.Əhlimanovaya zərbə endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əzizli 3 il müddətinə azadlıqdan məhrum edilib.
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO












