Sürət qatarlarında qiymətlər endirildi - QİYMƏTLƏR

2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürəli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək.
QSC-dən Avtosfer.az-a verilən məlumata görə, qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək.
Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.
Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.
İlyas

Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










