Sürücü azyaşlı oğluna kömək edən yol polisinə görə DİN-ə təşəkkür etdi - FOTO

Ötən həftənin şənbə günü paytaxtda yol polisinin nümunəvi davranışı nəticəsində azyaşlılardan birinin həyatını xilas etmək mümkün olub.
Avtosfer.az xəbər verir ki, bu barədə azyaşlının atası özünün “Facebook” hesabında paylaşım edib. Daxili İşlər Nazirliyinə təşəkkür edən vətəndaş bildirib ki, azyaşlı oğlunun boğazında yad cisim qaldığı üçün Zabrat yolundakı tıxacdan çıxmağın həllini YPX əməkdaşlarına müraciət etməkdə görüb:
“Bu gün təxminən saat 12:20 radələrində 1 yaşlı övladımın boğazında yad cisim qaldığı üçün təcili həkimə çatdırmalı oldum. Yollar tıxac idi və təcili çatmalı olduğumuz üçün Zabrat yolunda xidmət aparan yol polisinə yaxınlaşdım. Əməkdaş uşağı maşına mindirib maksimum sürətlə bizi xəstəxanaya çatdırdı, hələ də adını bilmədiyim həmin qardaşa və onun kimi ləyaqətlə xidmət edən əməkdaşlarınıza təşəkkür edirəm”.
Yol Patrul Xidməti əməkdaşının idarə etdiyi avtomobilin qeydiyyat nişanını da qeyd edən vətəndaş ona minnətdarlığını və köməyinə çatmasa faciəvi hadisənin baş verə biləcəyini qeyd edib.
Səfər

Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












