Sürücü işləyən Tolqadan dostlarına: “Yerə girsin saxta sevginiz” - FOTO

İki il öncə ABŞ-a köçərək orada yük maşını sürücüsü işləyən türkiyəli aktyor Tolqa Karel İnstaqram-da dostlarına üsyan edib. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor sürücü işləyəndən sonra bəzi dostlarının onunla əlaqəni kəsdiyini bildirib: "Həftədə ən az iki dəfə mənə zəng edib maraqlananlar indi yanımda yoxdular. Ola bilsin, onların maddi mənfəətləri ilə uyğunlaşmıram. Demək ki, sadəcə, şöhrət sahibi olduğum üçün mənə yaxınlaşmaq istəyiblər.
Bu gün mən yük maşını sürücüsüyəm. Bəs sabah 100 yük maşınının olduğu bir şirkətin sahibi olsam, o zaman daha dəyərlimi olacağam?! Yerə girsin sizin saxta sevginiz", - deyə Karel söyləyib.
Qeyd edək ki, 2016-cı ildə amerikalı Sarah Skotti ilə ailə quran Karelin bu nikahdan Mia adlı qızı var. O daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə ailəli olub. Onların Cihangir adlı bir oğlu var.





“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO








