Sürücü maşınla aeroport ərazisinə keçmək istəyib

Almaniyanın Hannover şəhər hava limanı naməlum şəxsin Polşa dövlət qeydiyyat nişanlı minik avtomobili ilə aeroport ərazisinə keçmək cəhdindən sonra reyslərin qəbulunu və göndərilməsini dayandırıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü Almaniya federal polisi məlumat yayıb. Bildirilir ki, maşını idarə edən kişi saxlanılıb. Hadisə Bakı vaxtı ilə 19:00 radələrində buraxılış məntəqələrindən birində baş verib. Avtomobil darvazanı qıraraq aeroport ərazisinə daxil olub. Sürücü eniş edən laynerə doğru hərəkət etmək istəyib. Lakin polislər onun qarşısını ala bilib. "A" terminalından başqa hava limanının digər terminalları sərnişin və onları qarşılayanlar üçün açıqdır. Reys qəbulu və göndərilməsinə qoyulan qadağanın nə qədər uzanacağı məlum deyil. Kişinin hərəkətinin motivləri araşdırılır.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO



















