Sürücülər narkotestdən keçiriləcək

Bu ilin aprel ayının birindən etibarən Gürcüstanda sürücülərin narkotik vasitələr istifadə edib-etmədiyi yerindəcə yoxlanılacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sürücülərin nəqliyyat vasitələrini narkotik vasitələrin təsiri altında idarə edib-etmədikləri xüsusi testlə müəyyən olunacaq. Artıq Gürcüstana Almaniya istehsalı olan 10 min narkotest gətirilib.
Narkotik vasitələr istifadə edən sürücülərə qarşı cərimə və ya 1 ilədək həbs cəzası tətbiq olunacaq.
Qeyd edək ki, hazırda Gürcüstanda sürücülərin narkotiklərdən istifadə edib-etmədiyi laboratoriyada müəyyən olunur. Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum olunurlar.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












