Sürücülər niyə uzaqvuran işıqlardan çox istifadə edir?

Bəzi sürücülər magistral yollarda, bəzən də elə şəhərin içində gecə vaxtı uzaqvuran işıqlardan istifadə edirlər. Təbii ki, bu da digərlərinə maneə yaradır. Çünki qarşı tərəfdən gələn sürücülər yolu görmür. Nəticədə qəza baş verə bilir.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, burada qanuni nəzarətdən əlavə vətəndaş mövqeyi də önəmlidir: "Yol polisi buna görə sürücünü cərimələyə bilər. Amma işıqların nizamlanması, düzgün istifadə edilməsi ilk növbədə elə sürücünün xeyrinədir. Çünki nasazlıq olduğu təqdirdə özü qəzaya düşə bilər. Bəzən isə bu nasazlıqlar işıqların zəif olmasına səbəb olur. Sürücü də uzaqvuran işıqlardan istifadə edir. Bu isə digərləri üçün çox təhlükəlidir."
Elməddin Muradlı sürücülərin bu addımını yolların yetərincə işıqlandırılmaması ilə də əlaqələndirib. "Şəhərkənarı magistral yollarda demək olar ki, işıqlandırma yoxdur. Rayona gedən sürücü qəzaya düşməmək üşün uzaqvuran işıqları yandırır. Nəticədə qarşı tərəfdən gələni qəzaya salır. Yollarda normal işıqlandırma olarsa bu problemlər də olmaz."
Ekspert şəhərdaxili yollarda da axşam saatlarında işıqların söndürülməsinə münasibət bildirib: "Gündüz vaxtı görürsən ki, işıqlar yanır. Niyə yandırırlar aydın deyil. Bəzən isə gecə saat 12 olmamış bütün işıqaları söndürürlər ki, qənaət edirik. Qənaətdirsə niyə gündüzlər yanır? Yaxşı olardı ki, burada "ağıllı" işıqlardan istifadə olunsun. O zaman həm qənaət olar, həm də sürücülər əziyyət çəkməz."
Orxan
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












