Sürücülərin diqqətinə! Avtomobillərdən oğurluq halları artır - VİDEO

Son zamanlar avtomobillərin şüşələrini sındıraraq oğurluq edilməsi hallarına daha çox rast gəlinir. Odur ki, sürücülərə diqqətli olmaq tövsiyə edilir. Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, son vaxtlar paytaxt rayonlarının ərazisində avtomobillərdən gecələr oğurluqlar edilməsi polisi hərəkətə keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeydə alınan bütün cinayət hadisələri araşdırılır, amma buna baxmayaraq sürcülərə tövsiyə edilir ki, avtomobilləri nəzarətsiz ərazilərdə saxlamasınlar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, sürücülər bəzi nüanslara diqqət etsələr özlərini bu kimi hadisələrdən qoruya bilərlər.
Vaqif Əsədov qeyd edir ki, bəzən sürücülər dəyərli əşyaları salonun görünən hissəsinə qoyduğundan, hətta gündüz vaxtı da oğurluq baş verə bilir.
Daxili İşlər Nazirliyindən o da bildirilib ki, sözügedən hadisə ilə qarşılaşan şəxslər "102-Zəng Mərkəzi"nə və ya ərazi üzrə polis orqanlarına müraciət etsinlər.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












