Sürücülərin diqqətinə! Vaqif Əsədovdan alternativ yollar barədə açıqlama - VİDEO

''Formula-1'' yarışı ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejminə keçib. Bağlı olan küçələrə alternativ olan yollarda sıxlıq yaşanmasın deyə, təxminən 100-150 metrdən bir polis naryadları dayanaraq, sürücülərə istiqamət verir.
Bir-birindən təxminən 20-30 metr məsafədə dayanan yol polisləri sürücülərə istiqamət verir.
Piyadalar isə kütləvi şəkildə xüsusi nəzarətlə yolun bir tərəfindən digərinə keçirilir.
Bir neçə günüdür ki, ''Formula-1'' yarışları ilə əlaqədar paytaxt polisi təhlükəsizliyi təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejminə keçib. Bakı Şəhər Dövət Yol polis idarəsinin və paytaxtın bütün rayon dövlət yol polis şöbəsinin əməkdaşları trek ətrafı yollarda sıxlıq yaşanmasın deyə sürücülərə istiqamət verir.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov onu da bildirdi ki, hal-hazırda şəhərin istənilən istiqamətlərində hərəkət tam təmin edilib. Nəqliyyata bağlanan 8-9 küçə və prospektlərə alternativ olan yollarda isə hərəkət tam normaldır.
Sürücülər də bir neçə küçə və prospektin bağlı olmasına baxmayaraq şəhərin mərkəzi küçələrində sıxlıq olmadığını bildirirlər. Bəziləri yolların boş olmasını onlara həftəsonunu xatırlatdığını bildirdilər.
Qeyd edək ki, trek ətrafı yollarda qoyulmuş müvəqqəti danayma durma nişanları da artıq bir neçə gündür ki, qüvvədədir. Əgər hansısa sürücü alternativ yol kimi nəzərdə tutulmuş ərazidə avtomobilini park edərsə ona cərimə tətbiq ediləcək.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












