Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar hara gedir?

Azərbaycanda sürücülərin hər gün üzləşdiyi ciddi problemlərdən biri də ödənişli avtomobil yollarının mövcud vəziyyətidir. Xüsusilə Bakı ilə Rusiya Federasiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan ödənişli magistral yolda vəziyyət kritik həddə çatıb.
Sürücülər həm yoldan istifadə üçün müvafiq ödənişlər etmələrinə baxmayaraq, qarşılığında tamamilə təhlükəli, işıqlandırmasız və qaranlıq mühitlə üzləşirlər. Bu isə gecə saatlarında hərəkəti demək olar ki, qeyri-mümkün edir və ağır qəzalara zəmin yaradır.
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə bildirib ki, ödənişli yollarda infrastrukturun bu cür bərbad vəziyyətdə olması yolverilməzdir: "Bildiyimiz kimi, ödənişli yolların əsas mahiyyəti vətəndaşlara və sürücülərə daha yüksək təhlükəsizlik, rahatlıq və müasir standartlara cavab verən səviyyədə xidmət göstərilməsidir. Lakin təəssüflər olsun ki, Bakı-Rusiya Federasiyası istiqamətindəki ödənişli yolda mənzərə tam başqadır. Burada ödənişli olmağına baxmayaraq, yollarda işıqlandırma sistemi demək olar ki, sıfır dərəcəsindədir. Bu da qaçılmaz olaraq mümkün ağır qəzalara və insan tələfatı ilə nəticələnən bədbəxt hadisələrə səbəb olur" .

Tale Ələddinzadənin sözlərinə görə, magistral yolda gecə saatlarında işıqlandırmanın tamamilə olmaması görmə məsafəsini sıfıra endirir: "Sürücü ödəniş edərək yola daxil olur və qarşılığında təhlükəsiz hərəkət şəraiti gözləyir. Amma reallıqda gecə saatlarında yol boyu heç bir işıqlanma mövcud deyil. Nəticədə görmə məsafəsi tamamilə sıfıra enir, sürücülər qarşıya çıxan maneələri, dönəcəkləri və ya digər nəqliyyat vasitələrini son anda görürlər. Bu da qəzaların baş vermə ehtiyacını dəfələrlə artırır. Dünyanın heç bir təcrübəsində yoxdur ki, sürücü ödənişli yola pul ödəsin, ancaq yolun özü tamamilə qaranlığa qərq olsun. Bu, həm xidmət prinsiplərinə, həm də beynəlxalq təhlükəsizlik standartlarına tamamilə ziddir".
Ekspert qeyd edib ki, bu problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar təcili şəkildə ciddi addımlar atmalıdırlar. Magistral yolların gecə vaxtı lazımi səviyyədə işıqlandırılması, fasiləsiz enerji təminatının yaradılması və sürücülərin həyatının təhlükə altına atılmaması üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Əks halda, bu yollarda baş verən qəzaların vətəndaşların həyatına son qoyan faciələrin sayı daha da artacaq./nocomment.az
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












