Sürücülərin və sərnişinlərin nəzərinə - Bu yol bağlı olacaq

Nizami rayonu Qara Qarayev prospektindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğınla əlaqədar (Q.Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam etdiyindən 27 mart tarixində də həmin ərazidən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar dəyişlmiş sxem üzrə hərəkət edəcəklər. Gün ərzində Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün zəruri addımlar atılmaqdadır. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir. Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sxılığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyyə edilir. Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində 26.03.2019 tarixində gün ərzində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.
Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edib.
Emin
Belə xalqa və paytaxta sahib olduğunuz üçün bəxtəvərsiniz - Mira Bondemade - FOTO
Bakıda bu zolaqlar qüvvədən düşür - SABAHDAN
Tbilisi qatarında bu sərnişinlər maneəsiz səyahət edəcək - FOTOLAR
Tarixi qatar yenidən yola çıxır; detalları açıqlandı - FOTO
Bərdədəki yol infrastrukturunun vəziyyəti; asfalt yarımçıq çəkilib - VİDEO
Gürcüstana səfər edənlərə XƏBƏRDARLIQ - Əlavə 12 manat da ödəməlisiniz! - VİDEO
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA











