Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı - PROBLEM VAR

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində problemlər yaranıb. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, vəsiqə ilə bağlı müraciət edən şəxslər onlara sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verildiyini bildirir.
Məsələni araşdırmaq üçün "ASAN Xidmət"ə etdiyimiz müraciətə cavab olaraq problemin mövcudluğu təsdiqləndi. Xidmət nümayəndəsi bütün respublikada sürücülük vəsiqələrinin bitdiyini bildirdi: "Sürücülük vəsiqələri bütün "ASAN xidmət" mərkəzləri üzrə bitib. Sürücülük vəsiqəsini əvəz edən blank formasında arayış təqdim olunur. 1 ay ərzində həmin arayış keçərlidir. 1 aydan sonra müraciət edib, arayışı sürücülük vəsiqəsi ilə bərpa edə bilərsiniz. Bütün respublika üzrə sürücülük vəsiqələri bitib", -deyə xidmət mərkəzindən sorğumuza cavab verildi.
Qeyd edək ki, vətəndaşlar problemin plastik çatışmazlığından ortaya çıxdığını iddia edir.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












