Sürücülük vəsiqəsi düzəltmək adı ilə dələduzluq edən şəxs apellyasiya şikayəti verib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Əzizovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.
İttiham aktına əsasən, daha əvvəl dörd dəfə məhkumluq həyatı yaşamış A.Əzizov qonşusu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət aparan, kapitan Səməd Səmədovun qardaşı Fizuli Səmədliyə pul müqabilində sürücülük vəsiqəsi düzəldə biləcəyini deyib. O, Respublika Dövlət Yol Polisi İdarəsində işləyən tanışları vasitəsilə bu işi görəcəyini bildirərək sonuncudan 860 manat məbləğində pul alıb. Lakin sonradan vədinə əməl etməyib.
Bundan başqa, A.Əzizov təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə S.Səmədovun tanışı Mərdan Məhərrəmovdan 60 manat müqabilində guya sürücülük kursunda iştirak etdiyi barədə qanunsuz sənəd hazırlamaq, 800 manat isə sürücülük vəsiqəsi düzəltmək üçün pul alıb.
Bu yolla A.Əzizov, ümumilikdə, 10-dan çox adamın pulunu alaraq dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












