Sürücünün diri-diri yanmasına səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərilib

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Süleyman Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 25-nə təyin edilib. Xatırladaq ki, hadisə 2016-cı ilin avqustun 16-da baş verib. 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus MAN markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub. Yol-nəqliyyat hadisənin nəticəsində avtomobil yanıb, sürücüsü isə ölüb. Yanaraq ölən sürücünün Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Azər Adil oğlu Məmmədov olduğu müəyyən edilib.
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO












