Sürücüsüz avtobus və qatarlar Azərbaycanda necə tətbiq olunacaq? – EKSPERT

Azərbaycanda sürücüsüz avtobus və qatarların tətbiqi ilə bağlı hüquqi baza formalaşdırılır.
Avtosfer.az xəbər verir ki, yeni dəyişikliklər ölkədə avtonom nəqliyyat texnologiyalarının istifadəsinə yol açsa da, bu sistemlərin yol təhlükəsizliyi, infrastruktur və nəqliyyat sektoruna təsirləri maraq doğurur. Bəs Azərbaycanda sürücüsüz avtobus və qatarların tətbiqi üçün mövcud yol və nəqliyyat infrastrukturu nə dərəcədə hazırdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, otonom nəqliyyat vasitələrinin tətbiqi üçün ilk növbədə qanunvericilik bazası formalaşdırılmalıdır və bu istiqamətdə işlər artıq aparılır:

"Otonom nəqliyyat vasitəsi anlayışı qanunvericilikdə təsbit olunub, hazırda isə onun operatorunun hüquq və vəzifələrinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Bu proses başa çatdıqdan sonra otonom nəqliyyat vasitələrinin istismarı və bunun üçün zəruri infrastrukturun yaradılması ilə bağlı növbəti mərhələyə keçmək mümkün olacaq. Hazırda bu sahədə əsas məsələ məhz qanunvericilik bazasının tam formalaşdırılmasıdır. Otonom nəqliyyat vasitələrinin dövriyyəyə buraxılması sürücülərə olan tələbatın azalacağı anlamına gəlmir. Çünki sürücülər sutka ərzində yalnız 8–10 saat işləyə bilirlər. Otonom nəqliyyat vasitələri isə günün qalan hissəsində yükdaşımalar, çatdırılma, kuryer xidmətləri və digər sahələrdə fasiləsiz fəaliyyət göstərə bilər".
Ekpsert əlavə olaraq qeyd edib ki, adından da göründüyü kimi, otonom nəqliyyat vasitələri sürücüsüz, yəni insan müdaxiləsi olmadan istismar olunacaq:
"İnsan faktoru aradan qalxdığı üçün risklərin də azalacağı gözlənilir. Bu sistemlər təhlükələri əvvəlcədən müəyyənləşdirə, vəziyyəti daha sürətli təhlil edə və insandan daha tez reaksiya verə bilir. Nəticədə yol-nəqliyyat hadisələrinin və toqquşmaların sayının azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, otonom nəqliyyat vasitələrinin mühüm üstünlüklərindən biri də onların insan əməyinin çətin və ya riskli olduğu sahələrdə istifadə imkanlarıdır. Bu texnologiya həmin istiqamətlərdə daha səmərəli və fasiləsiz fəaliyyət göstərməyə şərait yarada bilər. Beləliklə, hazırda bu sahədə əsas vəzifə hüquqi bazanın tam formalaşdırılmasıdır. Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər tamamlandıqdan sonra otonom nəqliyyat vasitələrinin tətbiqi və onların fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması istiqamətində daha geniş addımların atılması mümkün olacaq".
Fatimə
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq
Nağd pula qayıdış başlayır: Yeni limitlər kimlərə təsir edəcək? -AÇIQLAMA
Mərdəkan qalasının bərpası niyə başa çatmır? – Memar DANIŞDI
Ukraynanın nəqliyyat təcrübəsi Azərbaycana nə qazandıra bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Çindən sonra daha bir ölkə elektron qapı tutacaqlarını məhdudlaşdırır – RƏSMİ
Azərbaycanda İLK: Sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
Bakıda 11 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - YENİLƏNİB - SİYAHI - FOTO
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir










