Şüvəlan və Buzovna qəsəbələrində 5 küçə təmir edildi - FOTO

Bakı şəhəri və onun qəsəbələrində vətəndaşların ümumi istifadəsində olan, lakin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda olan problemləri aradan qaldırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər çərçivəsində Xəzər rayonu Şüvəlan və Buzovna qəsəbələrində 5 küçə təmir edilib. Rayonun Şüvəlan qəsəbəsində təmir işləri aparılan 1540 metr uzunluğu və 9.5 metr eni olan Almaz İldırım küçəsi, həmçinin uzunluğu 700 metr, eni isə 5.5 metr olan Bağ küçəsidir. Almaz İldırım küçəsində 14600 kv.m, Bağ küçəsində isə 4400 kv.m sahədə yol yatağı profilə salınıb, yol əsası tikilib və yeni asfalt-beton örtüyü döşənib.
Agentlikdən Avtosfer.az-a bildirilib ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində rayonun Buzovna qəsəbəsində isə 3 küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşıb. Bu uzunluqları 1.6 km olan Natavan, 1 km olan Allahverdi Əfəndiyev və 1.6 km olan Ayna Sultanova küçələridir. Küçələrin enləri 5-6 metr arası dəyişir.
Natavan küçəsinin 8 min kv.m., Allahverdi Əfəndiyev küçəsinin 6 min kv.m., Ayna Sultanova küçəsinin isə 9600 kv.m sahəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirilib və yol əsası tikilib, yolun hərəkət hissəsi profilə salınıb və asfaltlanma işləri görülüb. Bu küçələr əsas istifadə olunan yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarıb.
Emin
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
























