Taksi qiymətləri necə tənzimlənəcək? — AÇIQLAMA

"Avtobus və metroda gediş haqları ilə bağlı qərarların taksi xidmətlərinə təsiri qaçılmazdır”.
Bunu avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
O əlavə edib ki, ictimai nəqliyyatda qiymət artımı sərnişinlərin bir qismini taksiyə yönəldə bilər:
“Bu, xüsusilə vaxtın qənaət edildiyi, marşrutların məhdud olduğu və ya gecə saatlarında müşahidə olunur. Əgər qiymət artımı cüzi olarsa, dəyişiklik çox hiss olunmaya bilər, amma kəskin artımlar taksi bazarında ciddi canlanma yarada bilər. İctimai nəqliyyat hələ də çox daha ucuz alternativ olaraq qalacağı üçün sərnişinlərin böyük əksəriyyəti orada qalmağa üstünlük verəcək. İctimai nəqliyyatın ucuzlaşdırılması taksi xidmətlərinə mənfi təsir edə, müştəri axınını azalda bilər. Bu, taksi sürücülərinin qazancını aşağı sala, bazarda rəqabəti gücləndirə bilər. Azərbaycanda insanların gəlir səviyyəsi və nəqliyyat xərclərinə həssaslığı nəzərə alınsa, hətta kiçik qiymət dəyişikliyi də davranışlarda özünü göstərə bilər. Taksi xidmətləri üçün əlavə təsir göstərən faktor isə onların əlçatanlığı, xidmət keyfiyyəti və tətbiqlərin təklif etdiyi endirimlərdir. Əgər ictimai nəqliyyatla bağlı qərar taksi qiymətlərindən çox asılı olacaqsa, sərnişin seçimi balanslı şəkildə dəyişə bilər. Yol infrastrukturunun sıxlığı da bu qərarın nəticələrinə təsir edəcək. Məsələn, tıxacların artdığı saatlarda insanlar metrodan imtina etməz, amma rahat marşrutlarda taksiyə keçə bilərlər. Taksi şirkətləri isə bu dəyişiklikləri nəzərə alaraq qiymət siyasətini uyğunlaşdıra bilər. İctimai nəqliyyat tariflərindəki hər bir dəyişiklik taksi bazarında ya fürsət, ya da risk yaradır”.(demokrat.az)
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












