Taksi sürücüləri aksiya keçiriblər

Gürcüstanın paytaxtı Tbilisi şəhərində taksi sürücüləri növbəti etiraz aksiyası keçiriblər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, taksi maşınlarından ibarət karvan “Vağzal meydanı” metrostansiyası yaxınlığından parlament binasına qədər yürüş edib.
Aksiyaya Leyboristlər Partiyasının nümayəndələri də dəstək veriblər. İştirakçılar Tbilisidə taksi fəaliyyəti üçün hazırlanmış yeni tənzimləmələrə etiraz ediblər.
Yürüş parlament binası qarşısında aksiya ilə davam etdirilib. Polis aksiya iştirakçılarından olan bir nəfəri saxlayıb.
Qeyd edək ki, Tbilisidə taksi sürücləri martın 20-də şəhər meriyasının binası qarşısında etiraz aksiyası keçiriblər. Meriyadan taksi fəaliyyəti ilə məşğul olan avtomobil sahibləri üçün tətbiq olunacaq yeni qaydaların təxirə salınmayacağı bildirilib.
Bu il oktyabrın 1-dən etibarən qüvvəyə minəcək yeni qaydalara əsasən, birinci mərhələdə taksi sürücüləri məcburi qaydada lisenziya almalı olacaqlar. Bununla yanaşı, üçqapılı və sağ sükanlı avtomobillər taksi xidməti göstərə bilməyəcəklər. Bir ildən sonra isə bütün taksi maşınlarının ağ rəngdə olması tələb olunacaq.
Qeyri-rəsmi məlumatlara əsasən, Tbilisidə 40 minə yaxın taksi fəaliyyət göstərir.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












