Taksi sürücüləri kütləvi aksiya keçirirlər

Gürcüstanın paytaxtı Tbilisidə taksi sürücüləri kütləvi aksiya keçirirlər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları David Aqmaşenebeli prospektindən hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına qədər yürüş etməyi planlaşdırırlar.
Leyboristlər Partiyasının təşkil etdiyi aksiyanın əsas tələbi taksi fəaliyyəti ilə bağlı tətbiq olunacaq yeni tənzimləmələrin təxirə salınması və ya ləğv olunmasıdır.
Aksiya keçirilən əraziyə Tbilisi meriyasının Nəqliyyat Xidmətinin rəhbəri Mamuka Mumladze gəlib. Lakin onun aksiya iştirakçıları ilə danışıqlar aparmasına icazə verilməyib.
M.Mumladzenin sözlərinə görə, müxtəlif qüvvələr məqsədli şəkildə taksi fəaliyyəti üçün nəzərdə tutulan yeni qaydalarla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar: “Tbilisidə qeydiyyatı olmayan sürücələrin paytaxtda taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəyi və sağ sükanlı taksilərin ləğv olunacağı ilə bağlı yayılan məlumatlar doğru deyil”.
Qeyd edək ki, bu il oktyabrın 1-dən etibarən qüvvəyə minəcək yeni qaydalara əsasən, birinci mərhələdə taksi sürücüləri məcburi qaydada lisenziya almalı olacaqlar. Bir ildən sonra isə bütün taksi maşınlarının ağ rəngdə olması tələb olunacaq.
Qeyri-rəsmi məlumatlara əsasən, Tbilisidə 40 minə yaxın taksi fəaliyyət göstərir.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












