Taksi sürücüsü 5 minə yaxın ABŞ dolları ilə unudulmuş kisəni turistə qaytarıb

Tailandda taksi sürücüsü yaponiyalı turistə içində 5 min ABŞ dollarına yaxın olan pul kisəsini qaytarıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, turist kisəsini Banqkokda taksi avtomobilində unudub. Sürücünün sözlərinə görə, turistin maşında unutduğu pul kisəsini ondan sonra taksiyə oturan qadın aşkar edib. Taksi sürücüsünün onu dərhal turistə qaytarmaq cəhdinə baxmayaraq, o, buna nail ola bilməyib. Yalnız yerli radiostansiyaların birinə müraciət etdikdən sonra, sürücü kisəni sahibinə qaytara bilib. Sürücü deyib ki, kisəni və içindəki pulları görəndə narahat olub: "İtirilən pulları özümdə saxlamaq istəmirdim, çünki oğurluqda günahlandırılmaqdan qorxurdum. Mən bu pulları il ərzində sükan arxasında qazana bilərəm, amma məni bir illik həbsxanaya göndərsəydilər, mən heç nə qazana bilməzdim, ailəm isə bəlada qalardı".
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










