Taksi sürücüsü maşını ilə MMA döyüşçüsünü öldürdü

28 yaşlı MMA döyüşçüsü Rodriqo De Lima Uber taksi sürücüsü ilə mübahisədən sonra öldürülüb. Avtosfer.az “fakty.ua”ya istinadən xəbər verir ki, insident Braziliyanın Bela şəhərində baş verib.

Mərhumun dostu tanınmış döyüşçü Maykl Prazersin sözlərinə görə, De Lima taksidə olub. O, sürücü ilə mübahisə etməyə başlayıb. Sürücü taksini yanacaqdoldurma məntəqəsinin yanında saxlayıb, De Lima düşüb və bir-birlərinə nalayiq sözlər deyiblər. Sonra da sürücü qaza basaraq avtomobili ilə onu vuraraq üstündən keçib.
Polis, qətli törədərək hadisə yerindən qaçan taksi sürücüsünün axtarışlarına başlayıb.
28 yaşlı döyüşçünün arvadı və iki övladı qalıb.
Rodriqo De Lima UFC-də 2 döyüş keçirib və ikisində də uduzub.
O, bütün karyerası ərzində 9 dəfə qələbə qazanıb, üçündə uduzub, biri isə heç-heçə ilə başa çatıb.
Namiq

Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












