Taksi sürücüsü xüsusi amansızlıqla qətlə yetirilib - VİDEO

Ermənistanda taksi sürücüsü xüsusi qəddarlıqla qətlə yetirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Malatiya rayon Polisin Bölməsinə müraciət edən yerli sakin qardaşı, 1973 təvəllüdlü Arsen Sardaryanın "Mercedes" avtomobili ilə Spitak şəhərinə yola düşdüyünü və qayıtmadığını bildirib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Kamo Kirakosyan saxlanılıb.
K.Kirakosyan istintaq ifadəsində bildirib ki, Vanadzor şəhəri yaxınlığında onunla taksi sürücüsü A.Sardaryan arasında pul üstündə mübahisə yaranıb. Dava zamanı o, sürücünün əlindəki bıçağı alaraq ona bir neçə zərbə endirməklə A.Sardaryanı öldürüb.
K.Kirakosyan qətldən sonra cəsədi maşınla Axpat icmasının yerləşdiyi əraziyə aparıb və onu benzinlə yandırıb. Bundan sonra o, cəsədi avtomobilin yük yerinə qoyaraq Akori yaşayış məntəqəsində basdırıb.
K.Kirakosyan faktla bağlı saxlanılıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












