Taksi sürücüsünü məftillə boğub öldürməyə çalışdılar

Bakı sakini az qala soyğunçuların hücumu nəticəsində həyatını itirəcəkdi. Çünki cinayətkarlar onu məftillə boğub öldürməyə cəhd ediblər. Avtosfer.az xəbər verir ki, bu barədə sputnik-ə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. Cinayət fevralın 18-də Qara Qarayev prospektində baş verib. İki naməlum şəxs sərnişin qismində 48 yaşlı Abbasov Gündüz Əlövsət oğlunun idarə etdiyi Nissan markalı avtomobilə əyləşərək Bünyadov küçəsinə gedəcəklərini bildiriblər. Gedəcəkləri ünvana çatmamış sərnişinlərdən biri arxadan sürücünün boynuna məftili salaraq onu boğmağa başlayıb. Cinayətkarlar bu yolla Abbasovdan pul tələb ediblər. Kişinin üstündə isə cəmi 22 manat pul olub.
Quldurlar taksi sürücüsünün pullarını, mobil telefonunu və sənədlərini götürərək maşını metronun "Həzi Aslanov" stansiyasına sürməyi tələb ediblər. Burada cinayətkarlar maşından düşərək sürətlə ərazidən uzaqlaşıblar. Abbasov dərhal Sabunçu rayon Polis İdarəsinin 12-ci bölməsinə şikayət edib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polislər faktla bağlı şübhəli şəxslərdən birini - 33 yaşlı Abbasov Sahil Vahid oğlunu saxlayıblar. Abbasovun Mahir adlı cinayət ortağı da müəyyən edilib. Hazırda sonuncunun saxlanılması istiqamətində tədbirlər görülür.
Soyğunçuluq faktı ilə bağlı cinayət işi açılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












