Taksilərin avtobus zolağına girməsinə icazə verilməlidir - AÇIQLAMA

Təklif var ki, Bakıda taksilərə də avtobus zolaqlarından istifadə hüququ verilsin.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirdi ki, avtobus zolaqlarının tətbiqi dünyanın bütün ölkələrində, iri şəhərlərdə mövcuddur:
"Burada əsas hədəf vətəndaşların sürətli, maneəsiz işə, mənzil başına tez bir şəkildə çatdırılmasına xidmət etməkdir. Avtobus zolaqlarının tətbiqi ictimai nəqliyyatın digər növü olan taksi xidməti üçün ciddi problemlərə yol açır. Hesab edirəm ki, Bakı şəhərində taksi xidmətini həyata keçirən nəqliyyat vasitələrinin avtobus zolaqlarında sərnişinlərin düşürülməsinə və mindirilməsinə şərait yaradılmalıdır. Ona görə ki, taksilər sərnişinləri ikinci zolaqda qəbul etmək məcburiyyətindədirlər və bu da həm qəza şəraiti yaradır, həm də, bildiyiniz kimi, qanunla qadağandır".
Onun sözlərinə görə, bir çıxış yolu, ortaq nöqtə tapılmalıdır:
"Bunun da ən doğru ortaq yolu taksi sürücülərinə ictimai xidməti həyata keçirərkən, sərnişindaşımanı həyata keçirərkən avtobus zolaqlarına daxil olaraq qısa müddətli dayanma-durma ilə sərnişinləri həm düşürməyə, həm də mindirməyə şərait yaratmaqdır. Amma bilavasitə taksi sürücülərinin ictimai nəqliyyat vasitəsi olan avtobus zolaqlarında, onlar üçün ayrılmış zolaqlarda davamlı hərəkətinə isə biz imkan verməməliyik. Çünki bu, süni şəkildə sui-istifadələrə gətirib çıxara bilər. Eyni zamanda Bakı şəhərində kifayət qədər hərəkətdə olan nəqliyyat vasitələrinin bir hissəsi taksilərdir və bu taksilər əgər avtobus zolaqlarına daimi hərəkət üçün daxil olacaqlarsa, bu yenidən əvvəlki vəziyyətə qayıdış olacaq və avtobusların da tıxacda qalmasına səbəb olacaq. Bu baxımdan burada optimal yol taksi sürücülərinə həm sərnişinləri mindirmək üçün, həm də düşürmək üçün avtobus zolaqlarına daxil olması üçün qısa müddətli dayanma-durma imkanlarının yaradılmasıdır"./redaktor.az
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












