Tanımadığı şəxsi bıçaqlayan gənc məhkəmə zalında həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Ayxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə N.Ayxanovun vəkili Gülşən Salmanova müdafiə çıxışı edib.
Vəkil deyib ki, N.Ayxanova qarşı irəli sürülmüş ittiham kifayət qədər ağırdır, o, cinayət əməlini zərərçəkmişin qanunsuz hərəkətlərinin nəticəsində törədib: "Əvvəlcədən tanımadığı 4 nəfər ona sataşıb. Kamil Məmmədov adlı şəxs bilərəkdən Namiqə "nəyə baxırsan" iradını bildirərək onunla mübahisə edib. Daha sonra mübahisə böyüyüb və həmin şəxslər Namiqi döyməyə başlayıb. O da cibindəki bıçağı çıxaraq Kamilə zərbə endirərək oradan uzaqlaşıb".
Məhkəmənin hökmü ilə N.Ayxanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü N.Ayxanov küçədə mübahisə zəminində tanımadığı Kamil Məmmədovu bıçaqlayıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa qağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, lakin ona qarşı polis nəzarətinə verilmə qətimkan tədbiri verilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












