Tanınmış müğənnini qarət edən şəxs: “Gözüm sataşdı, götürdüm” – VİDEO

Bakının Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazada oğurluq hadisəsi baş verib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən İbrahim Allahverdiyev həyat yoldaşının içərisində 300 manat olan pul kisəsinin mağazada naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum Şəfa İsmayılov saxlanılıb. Onun mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib.
Şəfa İsmayılov - saxlan şəxs: "Gözüm sataşdı pul qabına, götürdüm. Aşağı düşüb pul qabını açıb içərisindən 300 manat pulu götürdüm. Pul qabını isə atıb çıxıb getdim".
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir. Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.
İbrahim Allahverdiyev (Azəri) teleaparıcıdır. Qarət olunan isə onun həyat yoldaşı tanınmış ifaçı Səbinə Ərəblidir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










