Tanınmış yazıçının qızı qayda pozdu: BNA-ya ittiham səsləndirdi - CAVAB

Milli Məclisin keçmiş deputatı Xeyrəddin Qoca “Bakı Nəqliyyat Agentliyinin əməkdaşları pul yığmaq üçün şəhərdə “at oynadırlar” kimi fikirlər yazaraq sosial şəbəkədə Agentliyin ünvanına ittihamlar səsləndirib. Bununla yanaşı Xeyrəddin Qoca bəzi informasiya saytlarına da eyni məzmunda açıqlama verib.
Bakı Nəqliyyat Ağentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, məsələ heç də deyilən kimi deyil.
"Xeyrəddin müəllimin qızı idarə etdiyi dövlət qeydiyyat nişanı 90 VB 565 olan avtomobili parlament prospektində 20 nömrəli məktəbin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində qeyri-qanuni olaraq park edib. 10 dəqiqə 9 saniyədən sonra Qanunsuz Parklanmaya İntelektual Nəzarət Sisteminin kameraları vasitəsi ilə qayda pozuntusu qeydə alınıb və sürücü barəsində cərimə sanksiyası tətbiq edilib. Xeyrəddin müəllim isə qızının qayda pozuntusuna haqq qazandırmaq üçün sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyinin ünvanına sərt və heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər bildirməyə başlayıb."
Mais Ağayev Xeyrəddin Qocaya tövsiyyə də edib: "Çox hörmətli Xeyrəddin müəllimin diqqətinə çatdırmaq istərdik ki, onun qızının və digər sürücülərin zəbt etdiyi dayanacaq məntəqəsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı, avtobuslardan təhlükəsiz istifadəsi üçündür. Avtobus dayanacaq məntəqəsinin ərazisini zəbt etmək onlarla insanın tıxacda qalmasına səbəb olmaq, lüzumsuz yerə onlara əsəb və stres yaşatmaqdır."

Fərid
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












