Tanışını döyüb öldürən şəxslə bağlı qərar

Ali Məhkəmədə qətl törərtməkdə təqsirləndirilən Səfalı Atluxanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Atluxanovun kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, S.Atluxanov 26 may 2017-ci il tarixdə saat 11.46-da Sumqayıt şəhəri, Novxanı bağları 4, ev 734 ünvanda yerləşən Rövşən Quliyevə məxsus tikintisi tamamlanmamış bağ evində gözətçi işləyən və bir neçə gün əvvəl televizor quraşdırmaq üçün antena aldığı zaman tanışlıq münasibətləri yaranmış Mehman Abbasovun iş yerinə gəlib.
O, M.Abbasovdan əvvəllər aldığı antenanın işləmədiyini bildirib, nasazlığın aradan qaldırılmasından ötrü həmin antenanın daha hündürə qaldırılmalı olduğunu və bunun üçün əlavə kabelə ehtiyac yarandığını deyib, qeyd edilən məqsədlə ondan kabel istəyib. M.Abbasov kabeli verməkdən imtina edib. Sonra heç səbəb olmadan S.Atluxanovun və valideynlərinin ünvanına nalayiq ifadələr işlədib.
Bundan əsəbiləşən S.Atluxanov A.Mehmanın başını qəsdən bir neçə dəfə divara vurub. Həmin zərbələrin təsirindən M.Abbasov vəfat edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Altuxanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra S.Atluxanov kassasiya şikayəti verib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












