Tanışının iki "KamAZ"ını ələ keçirən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə vəsatət qaldırıb.
O, müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.
Vəsatət təmin edilməyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, R.Ağayev tanışı Rəcəb Əliyevdən iki ədəd "KamAZ" markalı yük avtomobili alacağını vəd edib. Hər ikisinin dəyəri 65 min dollar olan avtomobillər baş etibarnamə ilə R.Ağayevin adına keçirilib. Tərəflər arasındakı razılığa əsasən R.Ağayev 130 min dolları Rəcəb Əliyevə hissə-hissə ödəməli imiş. Lakin R.Ağayev adına keçirilən yük avtomobilləri 3-cü şəxsə 136 min dollara satıb və R.Əliyevin pulunu ödəməyib.
Elan olunmuş ittiham üzrə R.Ağayev özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası martın 19-na təyin edilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












