Tbilisidə azərbaycanlı ailənin 3 üzvü saxlanılıb

Tbilisi yaxınlığında yerləşən Kvemo Poniçala qəsəbəsində xüsusi əməliyyat keçirilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 şəxs saxlanılıb.
Saxlanılanlar 1 qadın və onun 2 oğlu olmaqla Ələskərovlar ailəsinin üzvləridir.
Ələskərovlara məxsus avtomobildə narkotik vasitələrin olduğu bir neçə bağlama aşkar olunub.
Qonşuların sözlərinə görə, qadın küçədə, oğulları isə evdə bir neçə saat axtarışdan sonra saxlanılıblar. Qəsəbə sakinləri və xüsusi təyinatlı polis əməkdaşları arasında kiçik qarşıdurma yaranıb. Qonşular polis maşınlarının hərəkətinə mane olmaq məqsədilə yolu bağlamağa cəhd ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi əməliyyatın detalları barədə hələlik məlumat vermir.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












