Tbilisidə azərbaycanlılara məxsus 20-yə yaxın avtomobil qarət olunub - FOTO

Gürcüstan paytaxtı Tbilisidə, azərbaycanlıların yığcam yaşadığı Cırtdaxan adlandırılan Zemo Vedzisi qəsəbəsində 20-yə yaxın avtomobil qarət olunub. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Gürcüstan bürosuna qəsəbə sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, oğurluq ötən aylarda da törədilib və son günlər daha da artıb. Bir neçə avtomobil isə bir gecədə eyni qaydada qarət olunub. Soyğunçular gecə saatlarında maşınların şüşələrini sındıraraq, nəqliyyat vasitələrində olan mobil telefon, pul, siqaret və digər xırda əşyaları oğurlayıblar.
Qarət olunmuş maşınların əksər sahibləri taksi fəaliyyəti ilə məşğul olur.
Qəsəbə sakinləri bildirib ki, polisə oğurluq faktları barədə məlumat verilib və istintaq tədbirləri həyata keçirilir. Faktlarla bağlı hələlik saxlanılan yoxdur.
Cırtdaxanda yaşayan sakinlər soyğunçuların tezliklə saxlanılması və qəsəbədə avtombillərdən oğurluq edilməsinin qarşısının alınması üçün küçələrdə müşahidə kameralarının quraşdırılmasını tələb edirlər.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO











