Tbilisidə yol qəzasında ölən və yaralananlar azərbaycanlılar olub

Ötən gün Tbilisidə, mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşınının törətdiyi ağır yol qəzasında ölən və yaralanan şəxslərin azərbaycanlılar olduğu məlum olub.
Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, həmin şəxslər tikintidə fəhlə kimi çalışıblar.
Ölən şəxs Bolnisi rayonunun Zol-Göyəc kənd sakini, tikintidə çalışan 27 yaşlı Babək Həsənovdur. O, üç uşaq atası idi.
Qəza nəticəsində xəsarət alan 12 nəfərdən 10-nu azərbaycanlıdır. Onlardan ikisinin vəziyyəti ağır olub, birinin ayağı amputasiya edilib.
Qeyd edək ki, təcili tibbi yardım maşını tikinti ərazisində yerləşən və fəhlələrin olduğu köşkə çırpılıb. Digər yaralanan şəxslər təcili tibbi yardım briqadasının üzvü olub.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb. Təcili tibbi yardım maşınınn sürücüsü istintaqa cəlb olunub.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










