Tbilisiyə gedənlərə şad xəbər - Biletlərin qiyməti ucuzlaşdı

Bakı–Tbilisi–Bakı sərnişin qatarı üzrə bilet qiymətlərində uculaşma qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bəzi kateqoriyalar üzrə qiymətlərdə ucuzlaşma müşahidə olunur.
Məlumata əsasən, Bakı-Tbilisi istiqaməti üzrə birtərəfli komfort biletin qiyməti 81 manatdan 78.80 manata düşüb.
Digər tariflər üzrə də dəyişiklik qeydə alınıb: eyni istiqamət üzrə komfort+ biletləri 117 manatdan 112 manata, lüks sinif isə təxminən 180 manatdan 177 manata qədər ucuzlaşıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətləri beynəlxalq hesablaşma mexanizminə əsasən müəyyən olunur.
Qeyd edilib ki, tariflər Gürcüstanla hesablaşmalar çərçivəsində İsveçrə frankının yerli məzənnəyə nisbətinə uyğun formalaşır. Yəni İsveçrə frankının məzənnəsindəki dəyişikliklər bilet qiymətlərinə də birbaşa təsir göstərir.
Qeyd edək ki, AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir. Qatar hər gün Bakıdan saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır. (Trend)
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












