TDT ölkələri Orta Dəhlizin inkişafı üçün gömrük prosedurlarını sadələşdirir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin gömrük xidmətləri təşkilatın 11-ci iclasında iki memorandum və birgə bəyanat imzalanıb. Avtosfer.az xəbər verir ki, bu barədə TDT-dən "Report"a bildirilib ki, risklərin idarə edilməsi sahəsində Anlaşma Memorandumu, Gömrük laboratoriyalarının fəaliyyəti sahəsində Anlaşma Memorandumu, həmçinin Gömrük nəzarəti altında beynəlxalq yük daşımaları haqqında Konvensiyaya (Cenevrə, 1975) 11 saylı Əlavənin icrasına dair TDT ölkələrinin gömrük administrasiyaları rəhbərlərinin Birgə Bəyanatı imzalanıb. İclas gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşdırma və sərhəd keçidlərinin sürətləndirilməsi vasitəsilə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına həsr olunub. Müzakirə olunan əsas mövzular arasında e-TIR sisteminin tətbiqinin genişləndirilməsi, "Bir pəncərə" və "One-Stop Shop" mexanizmlərinin tətbiqi, elektron plomblar və yüklərin izlənməsi sistemləri də daxil olmaqla müasir texnologiyaların inteqrasiyası yer alıb. Regionda ticarətin sadələşdirilməsinə və transsərhəd daşımalarının asanlaşdırılmasına kömək edən səlahiyyətli iqtisadi operator (AEO) proqramlarının inkişafına və harmonizasiyasına xüsusi diqqət yetirilib. Tərəflər həmçinin Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında saziş çərçivəsində pilot layihənin işə salınmasını sürətləndirməyə razılıq veriblər ki, bu da sərhəd keçidini asanlaşdıracaq, tranzit daşımalarını yaxşılaşdıracaq və TDT ölkələrində xarici iqtisadi fəaliyyət üçün daha əlverişli şərait yaradacaq.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












