Təcili eniş edən "Flydubai" təyyarəsinin pilotları əslində kimlərdir? - AÇIQLAMA

"Flydubai" aviaşirkəti Səudiyyə Ərəbistanında təcili eniş edən Dubay-Təl-Əviv reysinin pilotlarının vətəndaşlığı barədə məlumat verə bilməyəcəyini bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "The National" qəzeti aviadaşıyıcının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, "Flydubai"nin yüksəkvəzifəli nümayəndəsi nəşrə iki pilotun vətəndaşlığının açıqlana bilməyəcəyini deyib. Mənbənin sözlərinə görə, hadisənin tam mənzərəsi yalnız istintaq orqanları təyyarənin bort yazılarına çıxış əldə etdikdən sonra aydınlaşacaq.
Şirkətin nümayəndəsi həmçinin bildirib ki, insident nəticəsində təyyarənin istiqamət sükanı zədələnib, lakin sərnişinlərdən heç biri ciddi xəsarət almayıb.
Xatırladaq ki, sentyabrın 30-da səhər "Flydubai"nin sərnişin təyyarəsi qaçırılma siqnalı verib və Səudiyyə Ərəbistanının Tabuk şəhərinə təcili eniş edib. İsrail KİV-in məlumatına görə, pilot kabinəsində dava baş verib və bu zaman pilotlardan biri bıçaq xəsarəti alıb. "Channel 14" telekanalı insidentin günahkarının təyyarəni qəzaya uğratmağa cəhd edən Oman vətəndaşı olduğunu, BƏƏ vətəndaşı olan ikinci pilotun isə buna mane olduğunu iddia edib.
Hindistanın "Hindustan Times" qəzeti isə yaralanan təyyarə komandirinin 2022-ci ildən aviaşirkətdə çalışan Hindistan vətəndaşı Smit Maçxar olduğunu yazıb.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












