TƏHLÜKƏ: Qaz borusu hələ də təmir edilməyib - VİDEO

Dörd gün əvvəl bir qəza nəticəsində təhlükəli vəziyyətə düşmüş qaz borusu hələ də təmir edilməyib. İstismarda olan boru isə ətrafa təhlükə saçmaqda davam edir... Hadisə iyunun 15-də Zabrat-Maştağa yolunun "Zabrat 1" ərazisindən keçən hissəsində baş verib. Yük maşınının sürücüsünün diqqətsizliyi qəzaya səbəb olub. Ağır tonnajlı avtomobilin yük yeri qalxıq vəziyyətdə olduğundan yolun üstündən keçən və hazırda da istismarda olan qaz borusuna ilişib. Nəticədə boru əyilib və borunu daşıyan dəmir konstruksiya aşmaq təhlükəsi ilə üzləşib. Mövcud vəziyyət ətrafda yaşayan sakinləri real təhlükə ilə qarşı-qarşıya qoyub...
Bildirilir ki, qəza baş verdikdən sonra yük maşınının sürücüsü hadisə yerindən qaçıb və indiyədək onu tapmaq mümkün olmayıb. Qaz xətti isə əhali üçün nəzərdə tutulmayıb və yaxınlıqdakı "NeftQazMaş" zavoduna gedir. Məsələ ilə bağlı həmin zavoddan bildirildi ki, hadisəni törədən sürücü tapılmadığı üçün indiyədək ərazidə təmir-bərpa işləri aparılmayıb. Buna baxmayaraq, əyilən qaz borusu ən qısa zamanda yenilənəcək və problem aradan qaldırılacaq.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












