TƏHLÜKƏ: Yük avtomobili arxasıyla toz-torpaq qaldırır - VİDEO

Mişar daşı ilə dolu yük avtomobili arxasıyla toz-torpaq qaldırır. Yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücü yükün üstünü örtməyib. Nəticədə isə daşların üzərindəki toz qatı ətrafa yayılır. Avtosfer.az xəbər verir ki, görüntüləri "Xəzər Xəbər"in "qaynar xətt"inə göndərən vətəndaş deyir ki, bu yük avtomobili butün yolu bu şəkildə gedir. Arxada gələn sürücülər isə yolu görməkdə çətinlik çəkirlər. Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirir ki, sürücünün bu məsuliyyətsizliyi qəza baş verməsinə səbəb ola bilər. Azər Allahverənov onu da bildirdi ki, sürücü elə bu videoya əsasən də cərimələnə bilər. Ekspertlər deyirlər ki, yük avtomobillərinin yükdaşıma qaydalarını pozmasına görə tez-tez qəzalar baş verir. Xüsusilə də daşınan daşlardan birinin yola düşməsi digər sürücülər üçün real qəza şəraiti yaradır.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












