Tehran rejimi həddini aşdı – Türkiyə İrana hücum edəcək

ABŞ və İsrailin İrana hücumundan sonra Tehran rejimi xaotik addımlar atmağa başlayıb. İrandakı rejim ona hücum edən ölkələrlə yanaşı, qonşu dövlətləri də hədəfə götürüb.
Dünən İrandan atılan ballistik raket Türkiyə ərazisinə düşüb. Bu gün isə Naxçıvan Muxtar Respublikası istiqamətində bir neçə kamikadze dron buraxılıb. Dronlar Naxçıvan Beynəlxalq Hava Limanının yaxınlığına və digər ərazilərə düşüb.
Türkiyədən sonra Naxçıvanın da hədəfə alınması İranın qonşuları ilə münasibətlərini gərginlik həddinə çatdıra bilər. Hətta bu davranışın qonşu ölkələri də hərbi qarşıdurmaya sürükləmə ehtimalı var.
Avtosfer.az xəbər verir ki, məsələni daha da həssas edən amil Azərbaycan və Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi”dir.
2021-ci ildə imzalanan sənəd iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirir və təhlükəsizlik sahəsində qarşılıqlı dəstəyi nəzərdə tutur.
Bəyannaməyə əsasən, tərəflərdən birinin ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid yarandıqda, digər tərəf bütün imkanları ilə dəstək verməyi öhdəsinə götürür. Sənəddə həmçinin müdafiə sənayesi, hərbi təlimlər, təhlükəsizlik və regional sabitliyin qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi xüsusi vurğulanıb. Bu səbəbdən Naxçıvana qarşı hücum xəbərləri Ankaranın prosesə birbaşa müdaxilə edə biləcəyi barədə ehtimalları artırıb.
Əgər Naxçıvana edilən hücum məqsədli şəkildə törədilibsə, Türkiyə Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycana hərbi və siyasi dəstək verə, hətta regionda hərbi əməliyyatlara başlaya bilər.
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












