Tehran səmasında uçuşlar qadağan olundu

İranın Tehran vilayətinin aeroportları bu gün 5 saat fəaliyyətini dayandıracaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının İctimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib. R.Cəfərzadənin sözlərinə görə, Tehran səmasında 30 mil məsafədən istənilən yüksəkliklərdə bütün uçuşlar qadağandır.
Şöbə müdiri deyib ki, İran İslam Respublikasının banisi Ayətulla Xomeyninin vəfatının ildönümü ilə əlaqədar keçiriləcək tədbirə görə Tehran vilayətinin aeroportlarında uçuşlar yerli vaxtla saat 16:00-dan 21:00-dək ləğv edilib.
R.Cəfərzadə bunun bütün yerli və xarici şirkətlərə elan olunduğunu bildirib.
Təşkilat rəsmisi deyib ki, fövqəladə uçuşlar üçün Pəyam aeroportu nəzərdə tutulub.
Qeyd edək ki, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni 1989-cu ilin 4 iyununda vəfat edib.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












