Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkət sıxlığı azaldılacaq

Azərbaycanda təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkətin sıxlığı azaldılacaq. Avtosfer.az-ın Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.
Qeyd olunur ki, 2019-2020-ci illərdə iri yaşayış məntəqələrindəki təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkət sıxlığını azaltmaq məqsədilə küçə-yol şəbəkəsinin xüsusiyyətləri və digər təhlükəsizlik meyarları nəzərə alınmaqla yol hərəkətinin təşkilinə dair təkliflər hazırlanacaq, təhsil müəssisələrinin bilavasitə yaxınlığında yerləşən küçə-yol şəbəkəsində müvafiq sürət məhdudiyyəti müəyyən ediləcək və yol hərəkəti təşkilinin texniki vasitələrinin tətbiqinə xüsusi diqqət yetiriləcək.
Müvafiq qurumlara atomobil yollarında hərəkət sıxlığının və tıxacların yaranması səbəblərinin müəyyən edilməsi, təhlillər aparılması və tıxacların qarşısının alınması üçün müvafiq təkliflər hazırlanması və tədbirlər görülməsi, avtomobil yollarının buraxma qabiliyyətini artırmaq məqsədilə araşdırmalar aparılması və müvafiq təkliflər verilməsi, hərəkət sıxlığı yüksək olan yol sahələrinin (yolların) yükünün azaldılması məqsədilə nəqliyyat axınlarının şəhərlərin mərkəzi hissələrindən kənarlara yönləndirilməsi üçün sistemli tədbirlər planının hazırlanması və icrası, eləcə də küçə-yol şəbəkəsində nəqliyyat vasitələrinin izafi yürüşlərinin azaldılması və hərəkətin optimallaşdırılması məqsədilə birtərəfli və ikitərəfli hərəkətin təşkilinin təkmilləşdirilməsi tapşırılıb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










