Təhsil Nazirliyi məktəblərə müraciət edib

Təhsil Nazirliyi birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə 26-28 aprel tarixlərində Bakı şəhərində keçiriləcək "Formula-1" Azərbaycan Qran Prisi ilə bağlı təlimatı məktub göndərib. Nazirlikdən Avtosfer.az-a bildirilib ki, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.
Xatırladaq ki, aprelin 26-28-da Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək.
“Formula-1” Azərbaycan Qran Prisinin hərəkət sxeminə Bakı şəhərinin mərkəzi ərazisində yerləşən Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəb daxildir.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT












