Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT

Bakıda bəzi küçələrdə aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Avqust ayında da paytaxtın müxtəlif ərazilərində bir sıra küçələrin müəyyən hissələrində hərəkətin tam və ya qismən məhdudlaşdırılması ilə bağlı qərarlar verilib.
Avtosfer.az xəbər verir ki, avqustun 18-dən etibarən Yasamal rayonunun Zahid Xəlilov küçəsi — Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək saat 08:00-dan, Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsi — Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək saat 20:00-dan müvəqqəti bağlanacaq. Bu cür məhdudiyyətlər zəruri olsa da, nəqliyyat axınının alternativ küçələrə yönəlməsi həmin ərazilərdə hərəkət intensivliyinin artmasına və xüsusilə pik saatlarda əlavə tıxacların yaranmasına səbəb ola bilər. Bu səbəbdən məhdudiyyət tətbiq edilən ərazilərdə alternativ marşrutların əvvəlcədən müəyyənləşdirilməsi, yol hərəkətinin düzgün tənzimlənməsi və sürücülərin vaxtında məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda bəzi küçələrdə hərəkətin müvəqqəti məhdudlaşdırılması təbii olaraq nəqliyyat axınının alternativ yollara yönəlməsinə və həmin ərazilərdə yükün artmasına səbəb ola bilər:

"Xüsusilə şəhərin əsas magistral yollarında belə məhdudiyyətlər tətbiq edilərkən əvvəlcədən düzgün planlaşdırma aparılmadıqda, bir ərazidəki problem digər küçələrə keçərək tıxacların daha da artmasına gətirib çıxara bilər. Ona görə də bu cür qərarlar yalnız məhdudiyyətin tətbiq olunduğu küçə çərçivəsində deyil, bütövlükdə şəhərin nəqliyyat sistemi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə hallarda aidiyyəti qurumlar alternativ marşrutları əvvəlcədən müəyyənləşdirməli, yol hərəkətinin tənzimlənməsini gücləndirməli, sürücüləri məhdudiyyətlər və alternativ yollar barədə vaxtında məlumatlandırmalıdırlar. Zərurət yarandıqda ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və müəyyən istiqamətlər üzrə əlavə nəqliyyat imkanlarının yaradılması da nəzərdən keçirilməlidir. Sürücülər isə alternativ marşrutlardan istifadə etməli, yol hərəkəti qaydalarına riayət etməli və mümkün qədər pik saatlarda yüklənmiş istiqamətlərə daxil olmaqdan çəkinməlidirlər. Əsas məqsəd şəhərdə hərəkətin təhlükəsizliyini qorumaqla yanaşı, nəqliyyat axınının bir ərazidən digərinə nəzarətsiz şəkildə ötürülməsinin qarşısını almaqdır".
Fatimə
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










