Təqaüdçülərin bank kartlarından pul oğurlayan şəxs tutulub - FOTO

Kürdəmir rayonunda təqaüdçülərin bank kartlarından pul oğurlayan şəxs tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Mərkəzi Aaran bürosuna Kürdəmir rayon Polis şöbəsindən məlumat verilib. Belə ki, Kürdəmir rayonunun Mürtülü kənd sakini Qaratel Məmmədalı qızı Tağıyeva fevralın 22-də və həmin kənd sakini Əzizxan Məhəmməd oğlu Əzizov rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda "Kapital Bank"ın Kürdəmir rayon filialının qarşısına quraşdırılmış bankomatdan özlərinə məxsus plastik kartlardan 200 və 300 manat pullarının naməlum şəxs tərəfindən çıxarılmasını aşkar etdiklərini bildiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Tağıyevaya və Ə.Əzizova məxsus elektron məlumat daşıyıcısından istifadə etməklə göstərilən məbləğdə pulları Şirvan şəhəri, Mehmandarov kücəsi, 36 nömrəli evdə qeydiyyatda olan və yaşayan əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü İlqar Ağazər oğlu Eminovun gizli olaraq talaması müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












